İspaniyanın “Eybar” klubunun futbolçuları Serji Enrix və Antonio Lunanın adının seks qalmaqalı ilə gündəmə gəlməsindən xəbərdarsınız.
Sportal.az xəbər verir ki, futbolçuların seks videosu bir müddət öncə internetdə yayılıb. Daha öncə bu barədə mətbuat konfransı keçirən futbolçular üzr istəmişdilər. Hər iki futbolçu bu videonunun yayılmasında milli komandamızın üzvü Eddi İsrafilovu günahkar bilmişdi:
“Əslində, qorxulu bir şey yoxdu. Videoya kimin əli çatırdı? Məncə, bu Eddidi. Başqa heç kim bunu edə bilməzdi. Biz həmin vaxt onunla çox yaxın idik. Videomuzu da onunla paylaşmışdıq. İndi bu qız bizə lazımsız problemlər yarada bilər”.
Serji Enrix bu günlərdə məsələ ilə bağlı növbəti açıqlamanı da verib. O, videonu yayanın Eddi olduğunu dəqiqləşdirdiklərini deyib:
“Belə bir hadisənin yaşanması yaxşı deyildi. Azarkeşlərdən, futbolçulardan və klubdan buna görə üzr də istəmişik. Bu videonu internetə keçmiş komanda yoldaşımız Eddi İsrafilov yaymışdı. O, bizi azarkeşlərin qarşısında rüsvay etdi”.
Qeyd edək ki, İsrafilov sabiq klubu “Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkilləri yayıb. Porno videodakı qız şikayət edərək futbolçulardan 20 min avro alıb. Bu məsələnin istintaqının hələ də davam etdiyi bildirilir.
saytlarin hazirlanmasi