"Boavişta"nın baş məşqçisi: "Kamran Ağayev həmin topa çıxmamalı idi"

11:11 - 6 Dekabr 2016

Portuqaliya Premyer Liqasının 12-ci turunda Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” səfərdə "Pasuş de Ferreyra"ya 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Portu klubunun çalışdırıcısı Migel Lil matç haqda fikirlərini bölüşüb:

 

“İlk hissədə nizamsız oynadıq. Adi vəziyyətlərdə 2 qol buraxdıq. “Pasuş de Ferreyra” da sona qədər müdafiədə etibarlı oynadı. Azlıqda qalan rəqibə 2-ci qolu vura bilmədik. Komanda istədiyim səviyyədə deyil. Heyətdə təcrübəsiz gənc futbolçular var”.

 

51 yaşlı mütəxəssis 18-ci dəqiqədə vurulan ilk qolda Kamran Ağayevin çıxışda səhv etdiyini bildirib:

 

“Bu səhvi onun zədəsiylə əlaqələndirmək olmaz. Əminəm ki, zədəsi onun oyununa mane olmadı. Həmin epziodda hər kəs kimi Kamran Ağayev də səhvə yol verdi. Topa çıxmamalı idi və müdafiəçilərə nəzarət etməli idi. Kamranın oynamaq ehtimalı demək olar ki, yox idi. Lakin o qarşılaşmada iştirak etmək üçün çox çalışdı”.

Xəbər xətti