Türkiyə Super Liqasının 13-cü turunda “Bursaspor” evdə “Rizəspor”u 2:1 hesabıyla məğlub etdi. Oyunda “timsahlar”ın hər iki qoluna millimizin hücumçusu Dəniz Yılmaz imza atdı.
Sportal.az xəbər verir ki, oyundan sonra “Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlo matç barədə fikirlərini bölüşüb:
“Bu matçda yaxşı futboldan çox nəticə önəmli idi. Futbolçularım bu işin öhdəsindən gələ bildilər. “Rizəspor” təhlükəli komandadır. “Beşiktaş”la oyunöncəsi bu qələbə lazım idi”.
Mütəxəssis millimizin futbolçusu Dəniz Yılmaz haqda danışıb:
“Dəniz Yılmaz ötən mövsümdə bizim əsas fiqurumuz idi, ancaq onun etdikləri unuduldu. Bəzən oyunçular istədiklərini edə bilmirlər. Bu müddətdə futbolçulara şans vermək lazımdı. Mən də Dənizin üzərində israr etdim. Özünü isbatlayacağı matç olacaqdı. Bu da “Rizəspor”la matça qismət oldu. Artıq onun üzərində təzyiq yoxdur. Dəniz Yılmazı yenidən qazandığımız üçün şadam. Eyni zamanda Harun Təkin də qapısına təyin olunan son 5 penaltini dəf edib. Onu və qapıçılar üzrə məşqçimizi təbrik edirəm”.
saytlarin hazirlanmasi