Paulo Souza: "Bu gün çox güclü rəqibə qarşı oynadıq" MÜSAHİBƏ

22:08 - 8 Dekabr 2016

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Fiorentina"nı qəbul edib.

 

Sportal.az xəbər verir ki, qonaqların 2 - 1 hesablı qələbəsiylə başa çatan matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi Paulo Souza jurnalistlərin suallarını cavablandırıb:

 

- “Qarabağ”ın bərabərlik qolundan sonra məğlubiyyət gözünüzün qarşısınada canlandı?

- Biz heç vaxt məğlubiyyəti gözümüzün qarşısına gətirmirik. Həmişə çox qol vurmaq istəyirik. Bu gün çox güclü rəqibə qarşı oynadıq. “Qarabağ” hücum futbolu oynadı. Buna görə onların baş məşqçisinə təşəkkür düşür.

 

- Gözlədiyiniz kimi oyun oldu?

- Bəli. oyun asan olmadı, çox çətin keçdi. Gözəl futbol sərgiləyən komandaya qarşı oynadıq. Bundan sonra da belə davam etmək istəyirik. Ötən ilə baxanda bu il oyunumuzda irəliləyiş var.

 

 

Xəbər xətti