Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunlarının vaxtında dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, “Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Azərbaycan Premyer Liqasının 14-cü turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək, “Sumqayıt” - “Zirə” və “Neftçi” - AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər.
Bütün bunları nəzərə alan PFL 14-cü turun “Sumqayıt” - “Zirə”, “Neftçi” - AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib. Beləliklə, 14-cü turun bütün görüşləri eyni gündə, yəni dekabrın 17-də reallaşacaq.
saytlarin hazirlanmasi