"Beşiktaş" Azərbaycana gələcək

10:40 - 13 Dekabr 2016

Son Türkiyə çempionu “Beşiktaş” paytaxtımıza gləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı komandanın prezidenti Fikrət Orman verib.

 

İstanbulda “Beşiktaş” – “Bursaspor” matçından dərhal sonra “Vodafone Arena”nın yaxınlığında baş verən terror aktından sonra “timsahlar”ın prezidenti Ali Ay “qara qartallar”ın patronu Fikrət Ormana gəliri şəhid ailələrinə veriləcəyi planlaşdırılan dostluq matçı təklif edib:

 

“Rəqabət meydanda, dostluq isə meydandan kənarda olmalıdır. Hamımız bu torpağın övladlarıyıq. Fikrət Ormanla görüşəndə də ona öz fikirlərimizi söylədim. Bunu etmək üçün oyun keçirməyimizi təklif etdim. Harada olursa, olsun, amma xeyriyyə qarşılaşmasının keçirilməsinə qərar verdik”.

 

Təklifi qəbul edən Fikrət Orman oyunun keçirilməsinə razı olduğunu söyləyib:

 

“Belə bir oyunu biz də oynamaq istəyirik. Təbii ki, daha əvvəldən hazırlanmış proqramlarımız var. “Beşiktaş”ın Azərbaycanda özəl oyunu var. Amma tarixi bilinmir. 10-12 yanvar tarixinə kimi biz Antalyada olacağıq. Ali bəy bizə deyən kimi, Azərbaycan tərəfinə dəqiq vaxt demələrini xahiş etdik. Onlar bizə dəqiq vaxt deyən kimi, biz də “Bursaspor”a deyəcəyik. Əgər bu dəfə alınmasa, milli komandaların oyunlar keçirdiyi dönəmdə də ola bilər. Biz həm açılış, həm də bağlanış oyunumuzu “Bursaspor”la oynamışıq. “Timsah Arena”da oynamaqdan məmnun olardıq. Bu xeyriyyə matçına ev sahibliyi “Bursaspor” etsin”.

Xəbər xətti