“Qarabağ” və millinin kapitanı Rəşad Sadıqov bu gün UEFA-nın Bakıda keçirdiyi A dərəcəsi üzrə məşqçi kurslarına qatılaraq imtahan verib.
Sportal.az xəbər verir ki, imtahanın nəticələri yaxın 2-3 həftə ərzində açıqlanacaq. A dərəcəsi alan məşqçiyə öz ölkələrinin yüksək liqa klublarında baş məşqçi işləmək səlahiyyəti verilir.
Xatırladaq ki, hazırda Rəşad Sadıqov futbolçu karyerasını davam etdirməklə yanaşı həm də “Qarabağ” U-19 komandasının baş məşqçisi vəzifəsində çalışır.(qol.az)
saytlarin hazirlanmasi