Ramil Şeydayev vaxt istədi: "Hər şey yaxşı olacaq"

12:12 - 13 Dekabr 2016

Milli komandamızın hücumçusu Ramil Şeydayev “Trabzonspor”un heyətində nadir hallarda meydana çıxır. Bu durum onu da narahat edir. Hətta Türkiyə mətbuatı gənc forvardın qışda icarəyə göndəriləcəyi ilə bağlı xəbərlər yayır.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu sosial şəbəkə hesabında komanda yoldaşı Yusif Yazıçı ilə birgə fotosunu paylaşıb və bunları qeyd edib: “Hər şey yaxşı olacaq, amma tezliklə deyil, zaman lazımdır”.

 

Qeyd edək ki, Ramil Şeydayev Super Liqada geridə qalan 14 turdan sonra cəmi 1 dəfə meydana çıxıb (10 dəqiqə) . Şeydayev Türkiyə kubokunda 2 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti