"Beşiktaş" "Qarabağ"la qarşılaşacaq

14:00 - 13 Dekabr 2016

Türkiyənin "Beşiktaş" klubunun Bakıda Azərbaycan klublarından biri ilə yoldaşlıq oyunu keçirəcəyindən xəbərdarsınız. 

 

Sportal.az "qara qartallar"ın hansı klubumuzla qarşılaşacağını müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, İstanbul nəhəngi son Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq. 

 

Bu barədə Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl əməkdaşımıza açıqlmasında məlumat verib. Klub rəsmisi bildirib ki, hələlik oyunun hansı tarixdə keçiriləcəyi müəyyənləşməyib. Əmrah bəy hazırda bu məsələ ilə bağlı danışıqların davam etdiyini vurğulayıb. 

 

Xəbər xətti