Migel Madera: "İspaniya millisinə dəvət almağın nə qədər çətin olduğunu bilirəm" MÜSAHİBƏ

21:01 - 17 Dekabr 2016

"Qarabağ" Premyer Liqanın 14-cü turunda "İnter"lə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Migel Markos Madera jurnalistlərin suallarını cavablandırıb:

 

- Nəticəni pis hesab etmirəm. Qələbəyə layiq idik. Amma oyun yaxşı keçdi. Ağır oyun oldu.

 

- Hava şəraiti qarşılaşmaya necə təsir etdi?
- Belə hava şəraitində futbol oynamaq asan deyil. Topu bir-birimizə tez-tez ötürəndə çətinlik çəkirik.

 

- Qalib gəlməməyiniz səbəbi nədir?
- Oyunlarımız asan keçmir. Sadəcə, "İnter" kompakt şəkildə oynayır və digər komandalardan fərqli olaraq yaxşı müdafiə olunur.

 

- Avropa Liqasının qrup mərhələsinin son turunda "Fioretina"ya məğlub oldunuz və 1/16 final mərhələsinə vəsiqə qazana bilmədiniz. Bu, yeni il öncəsi əhval-ruhiyyənizə necə təir etdi?
- Təbii ki, növbəti mərhələyə yüksəlməyi hamı kimi, mən də arzulayırdım. Son oyunda mən cəza səbəbindən komandama kömək edə bilmədim. Artıq heç nə edə bilmərik. Növbəti mövsümü fikirləşməli və köklənməliyik.

 

- “Qəbələ”nin yarımmüdafiəçi Filip Ozobiç Xorvatiya millisinə dəvət alıb. Sizi İspaniya millisində görə bilərik?
- Uzun illərdir peşəkar futbolçuyam və İspaniya millisinə dəvət almağın nə qədər çətin olduğunu bilirəm.

 

- Oyundan əvvəl "Qəbələ"nin qalib gəldiyini bilrdiz?
- Nəticə ilə maraqlanmamışdım. Kimsə dedi ki, "Qəbələ" qalib gəlib. O oyunun nəticəsi bizim görüşə təsir etmədi.

 

Xəbər xətti