Millimizin üzvü Namiq Ələsgərov “Qarabağ”dan ayrılıb. Gənc futbolçu bundan sonra karyerasını “Neftçi”də davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı saytımıza açıqlamasında Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.
“Namiq Ələsgərov artıq bizim futbolçu deyil. Bildiyiniz ki, bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Amma müraciət etdi və karyerasını “Neftçi”də davam etdirmək istədiyini dedi. Biz də öz növbəmizdə Namiqə azad agent statusu verdik. Ancaq “Neftçi” ilə hansı şərtlərlə müqavilə imzalamasından xəbərdar deyiləm”.
Qeyd edək ki, Ələsgərov ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirmişdi.
saytlarin hazirlanmasi