Bu gün milli komandamız yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Robert Prosineçkinin komandası Qətərlə üz-üzə gəlib. Qarşılaşma millimizin 2 - 1 hesablı qələbəsiylə başa çatıb.
9 mart, Yoxlama görüşü
20:00. Qətər - Azərbaycan 1:2
QOLLAR: Rodriqo Tabata, 55 - Tərlan Quliev, 52, Araz Abdullayev, 63
“Əl-Sadd” stadionu