Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov mövqeyini yaxşılaşdırıb. Təcrübəli mütəxəssis 9 pillə irəliləyərək aktivindəki 1361 xalla 434-cü yerdə qərarlaşıb.
44 yaşlı çalışdırıcı siyahıda Devid Moyes, Roberto Mançini, Rafael Benites, Ərsun Yanal, Tolunay Kafkas, İqor Tüdor və İbrahim Üzülməz kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk 11 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 612-cidir.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16656 xal var. 2-ci yerdə 14346 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə 13952 xalla 3-cüdür. “Mançester Siti”nin “sükanı arxasında” olan Pep Qvardiola isə 11584 xalla 4-cüdür.