Kamil Nurəhmədov: "Keçmişlə yaşamaq düzgün deyil" MÜSAHİBƏ

17:50 - 10 Mart 2017

Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında qalib olan "Mil Muğan"ın futbolçusu Kamil Nurəhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Hamınızı İmişlidə görməyə şadam. Bu təkcə mənim yox, "Mil Muğan"ın uğurudu. Komandaya məni Aqil müəllim dəvət elədi və gəldim.

 

- Bir vaxtlar Milan “İnter”inə qarşı matçda Koutinyo, Kambiasso, Handanoviç və Obi kimi futbolçulara qarşı oynamışdın. Bundan əlavə, Premyer Liqada çıxış edirdin. Bu gün isə I Diviziondasan. Hisslər arasında hansı fərq var?
- I Divizionla Premyer Liqanı müqayisə etmək olmaz. Ustalıq səviyyəsi eyni deyil. Amma əvvəlki illərə baxanda indi divizionda vəziyyət yaxşıdı.

 

- Ötən mövüm "Bakı"da, bu il "Şahdağ"da qardaşınla bir yerdə oynayırdın. İndı ondan ayrı qalmaq psixoliji cəhətdən pis təsir etmir?
- Tez-tez komanda dəyişmək yaxşı hal deyil. Amma öyrəşmliyik. Futbol belədi. Mən əvvəl Avropa Liqasının qrup mərhələsində oynamışam. Amma keçmişlə yaşamaq düzgün deyil, gələcəyə baxmaq lazımdı.

 

- Seçimi sən etsəydin kimin qolunu seçərdin?
- Qolu vuranda düşünürdüm ki, 5 ən yaxşıdan biri olacam. Amma qalib olacağımı bilmirdim. Bütün qollar yaxşı idi. Raul Yaqubzadənin, Vüsal Qarayevin qolları çox gözəl idi.

 

- İmişlidə yaşamaq çətin deyil?
- Yaşamaq cəhətdən çətindi, darıxdırıcıdı.Amma futbol baxımlından hər şey yaxşıdı. Burada futbol üçün hər şey var. Klubun bazası yaxşıdı. Süni, təbii örtüklü meydanlarda məşq edirik.

Xəbər xətti