Azərbaycan Premyer Liqasının 22-ci turunda "İnter" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. "İnter"in baş məşçisi Zaur Svanadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun bir az əsəsbi alındı. Xüsusilə də ikinci hissədə. Buna baxmayaraq, 3 xalı qazandıq. Heyətimizdə itkilər var idi. Səlahət Ağayev, Slavik Alxasov və Abbas Hüseynovun olmamağı oyununmuza təsir etdi. Qaləbə qazandığımıza görə sevinirik. Bundan sonra “Neftçi” ilə oyuna hazırlaşacağıq.
- İkinci pillə ilə xal fərininz çoxdu. Komandanın hədəfi nədi?
- Əsas məsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Amma buna baxmayaraq, daha yaxşı nəticə üçün də mübarizə aparacağıq. Düzdü, bu, çox çətindi. Amma fövqəladə nəsə baş verə bilər. Bu olsa, biz çox sevinərik.
saytlarin hazirlanmasi