AFFA-dan Sərcan Kaya açıqlaması: "Onu tanımırıq"

11:47 - 14 Mart 2017

AFFA Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un yarımmüdafiəçisi Sərcan Kayanın millimizdən təklif alması ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, bu haqda saytımıza açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib:

 

“Sərcan Kayanı tanımırıq. Həmin oyunçu milliyə dəvət almayacaq. Yayılan xəbərlər həqiqətə uyğun deyil”.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu “fourfourtwo” nəşrinə müsahibəsində Azərbaycan millisindən təklif aldığını və bunu qəbul etməyi düşündüyünü bildirib:
 
“Məni haradan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər”.

 

Qeyd edək ki, Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizəspor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.

Xəbər xətti