Namiq Ələsgərov: "Uduzsaydıq, şansımız qalmayacaqdı" MÜSAHİBƏ

23:41 - 14 Mart 2017

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni məğlub edib – 1:0.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın yeganə qolunun müəllifi Namiq Ələsgərov oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb:

 

-    Oyuna ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik. Hər iki komanda yaxşı oynadı.

 

-    “Neftçi” “Qəbələ”dən daha istəkli görünürdü. İlk dövrədəki 0:8 hesablı məğlubiyyətin qisasını almağa çalışırdız?
-    Bəli, belə bir şey var idi. “Neftçi”nin adı üçün oynayırdıq. Həmin məğlubiyyəti unutdarmağa çalışırdıq.

 

-    Qələbə qolunu sən vurdun. Düşünülmüş qola oxşayırdı...
-    Ondan əvvəl də 1-2 epizod olmuşdu. Çox şükür ki, şansların birindən dəqiq yararlandım.

 

-    Çempionatın son 6 oyununa hansı motivasiya ilə çıxacaqsız? 4-cü pillədən uzaq düşmüsüz...
-    Çox uzaq düşdüyümüzü deməzdim. 6 xallıq fərqdir. Şansımız var. Həm kubok üçün, həm də çempionatda müarizə aparacağıq.

 

-    Bu qələbə sizə şans verdi?
-    Bəli, həlledici matç idi. Uduzsaydıq, demək olar ki, şans qalmazdı.

 

-    Sabiq komandan “Qarabağ” liderliyi ələ keçirdi. Çempionluq şanslarını necə dəyərləndirirsən?
-    Yəqin ki, bu şansı əldən verməzlər.

 

-    Demək olar ki, qışdan sonra ən yaxşı oyunun bu oldu?
-    “İnter” və “Sumqayıt”a qarşı da yaxşı oynamışdıq. Bu da həmin oyunlarından biri oldu.

 

-    Qış fasiləsindən sonra “Neftçi” yaxşı oyun sərgiləsə də, stabil deyil...
-    Yeni komandayıq. Oyunçular yenidirlər. Digər klublarda köhnə futbolçulardı. Məncə də, səbəbi budur.

 

-    Oyunun gedişində Tellur Müttəlimovla Dmitri Bezotosnı arasında baş verən dialoqa qulaq asırdın. Maraqlıdı, nə danışırdılar?
-    Rus dilində danışırdılar. Mən də rusca o qədər də yaxşı bilmirəm. Zarafatla da dedim ki, söhbətinizi eşitdim.

 

-    Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Qələbənin ardnı gətirə biləcəksiz?
-    Əlbəttə, istəyirik ki, ardı gəlsin. Bunun üçün mübarizə aparacağıq.


-    Elxan Abdullayev bildirmişdi ki, yerli oyunçu baxımından əziyyət çəkirik... 
-    Məncə, bunu başqa cür demişdi. Zədəli oyunçularımız var. Buna görə belə deyib.

Xəbər xətti