"Qarabağ" avrokuboklara vəsiqəni rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, bu, Premyer Liqanın 22-ci turunda AZAL-la matçda baş verib. Ağdam klubu "təyyarəçilər"i məğlub etməklə 4-cü pillədə qərarlaşan "Zirə" ilə xal fərqini 19-a yüksəldib. Bununla da çempionatın sonuna 6 tur qalmış Qurban Qurbanovun yetirmələri ən azı bürünc mükafatı özləri üçün təmin edib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2 və 3-cü yerlərin sahibləri Avropa Liqasında iştirak edirlər. Ölkə kubokunun və ya 4-cü pillənin sahibi də Avropa Liqasına vəsiqə qazanır.
saytlarin hazirlanmasi