Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni 1 - 0 hesabıyla məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın hücumçusu Baqali Dabo əməkdaşımızın suallarını cavablandırıb:
- “Neftçi”yə məğlub oldunuz. Və liderliyinizi əldən verdiniz. Həmin oyun haqda nə deyə bilərsən?
- Məncə, oyuna yaxşı başlaya bilmədik. “Neftçi” bizə qarşı çox yaxşı oynadı. Son dəqiqələrdə meydanda ən yaxşı olan tərəf olsaq da, istəyimizə nail ola bilmədik. Çox təəssüf.
- “Neftçi”nin digər oyunlarda zəif, sizə qarşı isə yaxşı oynadığını düşünmürsən?
- Birdaha bildirim ki, “Neftçi” bizə qarşı yaxşı oynadı. Digər qarşılaşmalarda da yaxşı oyun sərgiləmişdilər. Ancaq bizə qarşı daha yaxşı oynadıqlarını düşünürəm. Sadəcə, “Neftçi”nin son zamanlar 1 oyununu görmüşdüm, o da “Zirə”yə qarşı. Həmin görüşdə “Neftçi” yaxşı oynasa da, 1:2 hesabı ilə məğlub olmuşdu. Fikrimcə, “Zirə” ilə oyunda necə oynamışdılarsa, bizə qarşı da elə mübarizə apardılar.
- “Neftçi”yə qol vura bilməməyinizə səbəb nə idi?
- Qol vurmaq üçün şanslarımız olsa da, istifadə edə bilmədik.
- Bu məğlubiyyət “Qəbələ”ni çempionluqdn edə bilər?
- Düşünmürəm. Qarşıda bir neçə matçımız var və həmin oyunlara qələbə üçün çıxacağıq. Çempionluq şanslarımız davam edir. Bizim qarşıda əsas rəqibimiz “Qarabağ”la oyunumuz var, həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məqsədimizdən dönən deyilik.
- Necə düşünürsən, çempionluğun taleyinə “Qarabağ” – “Qəbələ” oyununda həll olunacaq?
- Məncə, belə olacaq. Həmin qarşılaşma finala bərabər bir oyun olacaq. Ümid edirəm ki, həmin matçda biz qalib gələcəyik.
- Premyer Liqanın XXII turunda bütün oyunlarda eyni hesab qeydə alındı. Nə vaxtsa belə nəticə ilə qarşılaşmışdın?
- Deməli, bütün oyunlar çətin keçib. “Qarabağ” AZAL-a yalnız 1 qol vur bilib. Demək ki, AZAL da güclü oyun sərgiləyib. “Neftçi” də bizə qarşı yaxşı oyun sərgilədi. Belə nəticəyə gəlmək olar ki, çətin və yaxşı oyunlar olub.