AFFA prezidenti Rövnəq Abdullayevin I Divizionda baş tutmuş "Göyəzən" - "Şərurspor" (3:3) oyununa Çindən pul qoyuluşu edilməsi barədə açıqlamasını diqqətinizə çatdırmışdıq.
Məsələ ilə bağlı Qazax klubunun prezidenti Mehdi Salmanovun fikrini öyrəndik. Sportal.az-a açıqlama verən klub rəhbəri belə bir məsələdən xəbərsiz olduqlarını bildirib:
"Bizim bu haqda məlumatımız yoxdu. Mən özüm də bu gün AFFA-nın Hesabat Konfransında olmuşam. Rövnəq Abdullayev o barədə bizim yanımızda heç nə deməyib. Mətbut konfransında deyib. Bizim pul qoyuluşundan xəbərimiz yoxdu. Meydana çıxıb oyunumuzu oynamışıq".
Salmanov əgər oyunlarına pul qoyuluşu edildiyi təsdiqlənərsə, klubdan gedəcəyini deyib:
"Bu məsələni mütləq araşdıracağıq. Mən həmişə komandanın içində olmuşam. Belə bir şeyin olduğuna inanmıram. Əgər oyuna pul qoyuluşu təsdiqlənərsə, mən özü komandadan çıxıb gedəcəm".
saytlarin hazirlanmasi