“Şərurspor” Azərbaycan futboluna ləkədirsə, çempionatdan çıxarsınlar" MÜSAHİBƏ

09:54 - 16 Mart 2017

AFFA prezidenti Rövnəq Abdullayevin I Divizionda baş tutmuş "Göyəzən" - "Şərurspor" (3:3) oyununa Çindən pul qoyuluşu edilməsi barədə açıqlamasını diqqətinizə çatdırmışdıq.
 
Məsələ ilə bağlı "Şərurspor" klubunun baş məşqçisi Əfqan Talıbov Sportal.az-a müsahibə verib:

 

-    Axı nə qədər danışmaq olar. Bilmək olmur, başım da çıxmır. Bunlar nə yuvanın quşudu axı? Hansı klublar Azərbaycan futboluna ləkə gətirirsə, qovsunlar.

 

-    Oyunda vurulan qollar sizdə şübhə yaratmırdı?
-    “Real”ın son matçına baxın. Keylor Navas kobud səhv etdi. Hamı fırlanıb gəlir “Şərurspor”un üstünə. Gül kimi, saf uşaqları komandadan qovduq. Şübhə yaradan kim var idisə, uzalaşdırıldı. Məşqçilər komitəsi də oyunlarımızı izləyir. Stadionumuz bərbad gündədi. Hansı motivasiyadan danışsınlar? Aya 300-400 manat maaş alırlar. Bunlar böyük pul qazansalar, maşınları olar da. Bəs hanı bu qazanılan məbləğ?

 

-    Bəs niyə hamı “Şərurspor”un üstünə düşür?
-    Klub bağlansa, sonra kimi tapacaqlar? Hər şeyi atırlar “Şərurspor”un üsünə. Rəhbərliyinə kimi həbs ediblər. Məəttəl qalmışam. Burda hamı saf uşaqlardı və gənc oyunçulardı. Komandada motivasiya yoxdu. Deyim ki, çempionluğa oynayırıq? 20 il futbol oynamışam, 15 il də məşqçiyəm, amma belə şey görməmişəm.


-    Çində necə biliblər ki, “Göyəzən” – “Şərurspor” oyunu 3:3 hesabı ilə bitəcək?
-    Nə bilim, başım çıxmır. İkinci hissədə “Göyəzən” hücum edə bilmirdi. Necə 3:3 hesabı danışıblar ki, biz son dəqiqələrdə penaltini vursaydıq, qalib gələcəkdik. 4:3 hesabı olsaydı, bəs nə baş verəcəkdi?

 

-    Elə penaltini vurmamağınız şübhələri artırır...
-    Əgər qalib gəlsəydik, xalımız 27 olacaqdı. Növbəti tur “Energetik”i məğlub etməklə 30-cu xalımızı ativimizə yazdıracağdıq. 10 nəfərlə müdafiə olunublar. Meydan da bərbad gündə. Usta futbolçular deyillər ki... Topu ancaq irəli vurmaqla oynamaq olar.


-    Bəlkə, sizin futbolçularınız xəbərsiz edirlər bunu?
-    Uşaqlar özləri də çox narahatdı. “Energetik”i udacağıq və deyəcəklər ki, niyə 1:0 hesabı ilə qalib gəldiz? Sizdən xahiş edirəm, “Səbail” – “Energetik” və “İnter” – “Sumqayıt” görüşlərinə də baxın. Sizdə şübhə yaratmır bu qarşılaşmalar?

 

-    Bunu AFFA prezidenti açıqlayıb...
-    Çində kimsə pul vurub, nə edək? Nə qazanmışıq biz? Əgər belə olsaydı, villamız, maşınımız olardı. Futbolçular maaşı gözləyir. Adam əsəbi olanda hər şeyi deyir. UEFA və FİFA-nın prezidentləri Mişel Platini və Jozef Blatteri niyə futboldan uzalaşdırdılar? Əgər “Şərurspor” Azərbaycan futboluna ləkədirsə, çempionatdan çıxarsınlar. Ondan spnra görək, UEFA kimdən alacaq siqanlı. Görək bu dəfə kimdən şübhələnəcəklər.

Xəbər xətti