“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Dinamo” klubunu çalışdıra bilər.
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı (champion.com.ua) məlumat yayıb. Kiyev klubunun prezidenti komandanın çalışdırıcısı Sergey Rebrovun əvəzinə 3 mütəxəssis düşünür. Baş məşqçi postuna Roman Qriqorçukla yanaşı, “Verder”in sabiq çalışdırıcısı Viktor Skripnik və Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvinstev də “Dinamo”nun siyahısındadı.
Xatırladaq ki, Roman Qriqorçukun “Qəbələ”ylə müqaviləsi mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi