Almaniyanın "Ayntraxt" klubunun 17 yaşlılardan ibarət komandasında çıxış edən Renat Dadaşov əsas millimizdə debüt edə bilər.
Sportal.az Frankfurt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki ona DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya oyun üçün dəvət göndərib.
Renat martın 19-da Bakıya gələcək.
Qeyd edək ki, Dadaşov bir müddət əvvəl Azərbaycan millisində çıxış etməklə bağlı AFFA-ya müraciət edib, assosiasiyadan müsbət cavab almışdı.
saytlarin hazirlanmasi