19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb.
Sportal.az xəbər verir ki, Təbriz Həsənovun başçılıq etdiyi yığma Almaniyanın Bad Vorişofen şəhərində təlim-məşq toplanışı keçirəcək.
Sentyabrın 18-də start götürəcək hazırlıq oktyabrın 1-də başa çatacaq.