“Kəpəz” Azərbaycan kuboku tarixində 25-ci məğlubiyyətini alıb. Bu uğursuzluq 2018/19 mövsümünün 1/8 final mərhələsinin “Səbail”lə matçına təsadüf edib.
Sportal.az xəbər verir ki, qərblilər öz meydanında 0:4 hesabı ilə uduzub. Bu, “Kəpəz”in tarixinə evdə alınan ilk böyükhesablı məğlubiyyət kimi düşüb. Öz meydanındakı 45 oyunda cəmi 10 dəfə uduzan Gəncə təmsilçisi belə ağır yenilgi almamışdı.
Ümumilikdə isə “Kəpəz” kubokda 2-ci dəfə böyükhesablı məğlubiyyət yaşayıb. İlk belə hadisə 2003/04 mövsümünün 1/4 finalında qeydə alınmışdı. Gəncəlilər “Şəmkir”lə Qərb derbisinin səfərdəki cavab oyununda 5 cavabsız qol buraxmışdı.
Bu, həm də “Səbail”in ölkə kubokunda ilk böyükhesablı qələbəsi olub.
saytlarin hazirlanmasi