Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi kubokda 75-ci ev matçını keçirib. 0:2 hesabı ilə uduzan bakılılar yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib.
Belə ki, öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb. 75 ev oyununda 14 heç-heçəsi olan “ağ-qaralar” doğma divarlar arasında 12-ci dəfə uduzub. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.
saytlarin hazirlanmasi