"Keşlə"yə Kamran Ağayev və Zaur Axundova görə pul cəzası

13:11 - 18 Dekabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar çıxarılıb.

 

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

 

“Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.

 

“Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunub.

Xəbər xətti