Kubokun finalı üçün bu şəhər seçildi – PFL-dən açıqlama

18:07 - 9 Aprel 2019

2018/19 mövsümü üçün Azərbaycan kubokunun final oyunu Naxçıvanda keçirilə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O, bununla əlaqədar Naxçıvanın Gənclər və İdman Nazirliyinə müraciət olunduğunu söyləyib. Müsbət cavab alınacağı halda final üçün təşkilati hazırlıqlara başlanacaq.

 

Budəfəki finalın keçirilməsi üçün digər variantlar Bakı və Qəbələ olub. Amma sonda PFL Naxçıvan şəhərinin üzərində dayanıb.

 

Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

 

Naxçıvan 2017-ci ildə Azərbaycan kubokunun həlledici oyununa ev sahibliyi edib. Həmin görüşdə “Qarabağ” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. (Qol.az)

Xəbər xətti