"Keşlə"nin Türkiyə planı açıqlandı

11:03 - 25 İyul 2019

Yeni mövsümün hazırlığına Bakıda başlayan "Keşlə" Türkiyəyə yollanacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək. Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq komanda toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.

 

Paytaxt təmsilçisi iyulun 31-də Türkiyənin 1 liqa təmsilçisi "Osmanlıspor" klubu ilə qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.

 

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər barədə və oyunların başlanma saatları haqqında əlavə məlumat veriləcək.

Xəbər xətti