Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL - "Qarabağ" matçını italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Sportal.az xəbər verir ki, 38 yaşlı referinin Ağdam klubu ilə ikinci dəfə yolu kəsişəcək. İtaliyalı hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "Arsenal" (İngiltərə) görüşünü idarə edib. Ağdamlıların 0:3 hesablı uduzduğu görüşdə Massa Maksim Medvedevə sarı vərəqə göstərmişdi.
Referi APOEL-in də daha öncə bir qarşılaşmasını idarə edib. O, Niksoiya təmsilçisinin 2015/16 mövsümündə ÇL-in II təsnifat mərhələsində "Vardar"la (Şimali Makedoniya) matçında (1:1) baş hakim olub.
FIFA referisi 2014/15 mövsümündə Bakı "İnter"inin (indiki "Keşlə") Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"la səfər qarşılaşmasını idarə edib. Sözügedən oyunda "İnter" 1-0 hesablı qələbə qazanmışdı. Massa meydan sahiblərinin 5, "İnter"in 2 futbolçusuna sarı vərəqə göstərmişdi.
Massa 42 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 12 penalti təyin edib, 6 qırımızı, 162 dəfə isə sarı vərəqə göstərib.
saytlarin hazirlanmasi