Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun yarımmüdafiəçisi Uroş Matiç açıqlama verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı serbiyalı futbolçu Ağdam klubu ilə keçirilmiş oyunla bağlı suallara cavab verib.
- APOEL pley-offa yüksəlmək üçün nə etməlidir?
- Hər şeydən öncə nəticədən məmnun deyiləm. Bizim üçün çox məyusedici oldu. İlk hissədə yaxşı mübarizə apardıq. Ruhdan düşməməliyik. Merkisin vurduğu qol cavab matçı öncəsi bizə motivasiya və güc verdi.
- "Qarabağ" necə komandadır?
- "Qarabağ" güclü komandadır.Qol şansları yaratdılar. Bizim də fürsətlərimiz oldu. Pavloviç qola çox yaxın idi. Hazırlaşmaq üçün altı günümüz var. İstədiyimizi etmək üçün çalışmaq məcburiyyətindəyik.
- APOEL cavab matçında nəyə ümid edir?
- Çox yaxşı hücumçularımız var. Azərbaycana gedib, nəticəni öz xeyrimizə dəyişməliyik. Bu, futboldur, inamlıq olmaq lazımdır. Özümüzə güvənməliyik.
saytlarin hazirlanmasi