APOEL-də daha bir ciddi itki

12:12 - 11 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Kiprin APOEL klubu daha bir ciddi itki ilə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin əsas müdafiəçisi Praksitelis Vuros cümə günü keçirilən məşqdə zədələnib. Tibbi müayinədən keçən yunanıstanlı futbolçunun sol əlində sınıq aşkar edilib. 24 yaşlı futbolçunun 4 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

Daha öncə APOEL-in heyətində Alef dos Santosun "Qarabağ"a qarşı oynamayacağı məlum idi. Serbiyalı müdafiəçi Vuyadin Saviçin meydana çıxıb-çıxmayacağı qeyri-müəyyəndir.

 

"Qarabağ" - APOEL oyunu avqustun 13-ü, saat 20:30-da baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti