Andriya Pavloviç: "Bakıda oynamaq heç vaxt asan olmayıb"

19:19 - 12 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah Bakıda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubunun futbolçusu Andriya Pavloviç mətbuat konfransında jurnalistlərin suallarını cavablanırdı.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı serbiyalı hücumçu öncə oyunla bağlı danışıb:

 

- İlk oyun yaxşı alındı. Mənə elə gəlir ki, biz daha yaxşı çıxış edə bilərik. Sabah mübarizə aparmaq lazımdı. Keyfiyyətli komandamız var, qələbə qazana bilərik. “Qarabağ” çox güclü rəqibdi. Mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq.

 

- Bakıya 3-cü gəlişinizdi. Əvvəl “Çukariçki” və Kopenhagen”lə burda olmusuz. Xatirinizdə necə qalıb?
- İlk olaraq “Qəbələ”yə qarşı oynamışdıq. Hesab yadımda deyil. “Kopenhagen”in heyətində gələndə, məğlub olmuşduq, sonra mərhələ keçə bilmədik. Burda oynamaq heç vaxt asan olmayıb. Azarkeşlər komandasını yaxşı dəstəkləyir. Ancaq özümüzə inanmalıyıq. Bununla lazım olan nəticəni qazanacağımıza inanırıq.

Xəbər xətti