"Qarabağ" - APOEL oyununda Şimali Kipr bayrağı - FOTO

21:21 - 13 Avqust 2019

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda APOEL-i qəbul edir.

 

Sportal.az xəbər verir ki, azarkeşlər Azərbaycan və Türkiyə ilə yanaşı, müstəqilliyi tanınmayan Şimali Kipr Türk Respublikasının bayrağını açıblar.

 

Bu səbəbdən Nikosiya təmsilçisinin rəsmiləri UEFA nümayəndələrinə etiraz edib. UEFA-nın nümayəndələrinin məsələyə qarışmasından sonra tribunadakı bayraq yığışdırılıb.

 

Cütün Nikosiyada keçirilən ilk matçında yerli fanatlar tribunada Ermənistan bayraqları açmışdı.  Bundan əlavə, Kiprdəki Erməni Milli Komitəsi reallıqdan uzaq, tarixi faktların təhrif olunduğu saxta məlumatlardan ibarət bəyanat yaymışdı.

 

Xəbər xətti