Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, İstanbulda keçirilən oyunda iki ingilis nəhəngi üz-üzə gəlib. Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Liverpul" Bakıda keçirilən Avropa Liqasının finalında sevinən "Çelsi" ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hər iki tərəf bir qol vurub və qalibin adı penaltilər seriyasında məlum olub.
Burada daha dəqiq oynayan "Liverpul" qalib olub. "Qırmızılar" tarixində 3-cü dəfə UEFA Super Kubokuna yiyələnib.
"Liverpul" - "Çelsi" - 2:2 (pen. 5:4)
Qollar: Sadio Mane, 48, 95 - Olivye Jiru, 36, Jorjinyo, 101 (pen.)
saytlarin hazirlanmasi