Azərbaycan Premyer Liqasının ikinci turunda "Keşlə" səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldi.
Sportal.az xəbər verir ki, "Keşlə"nin heyətində Rəşad Sadiqov ikinci hissənin sonlarında meydana daxil olub. 35 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2018-ci ildə "Neftçi"nin heyətində meydana çıxmışdı. O, mayın 20-də Premyer Liqanın son turunda Gəncədə "Kəpəz"ə qarşı oynamışdı.
Azərbaycan millisini sabiq üzvü ölkə çempionatında 387-ci oyununu keçirib. Sadiqov daha bir oyun keçirsə, Azər Məmmədova çatacaq.
Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçu isə Mahmud Qurbanovdur. "Professor" 421 dəfə yaşıl meydanlara ayaq basıb.
saytlarin hazirlanmasi