"2:0 hesabı ilə qələbə qazansaq da, oyun çox çətin oldu. Amma həqiqətən çətin idi. Çempionatdakı bütün komandalar bərabər səviyyədədir. "Qarabağ"ı çıxmaq şərti ilə. Bütün oyunlarımız çətin keçir".
Sportal.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko Premyer Liqanın VI turunda "Zirə"ni məğlub etdikləri (2:0) oyundan sonra deyib.
33 yaşlı qolkiper çempionatın yeni başladığını və qarşıda çoxlu oyunların olduğunu bildirib: "Hazırda üçüncü pillədəyik. Bu isə hələ ki heç nə demək deyil. Çempionluq barədə danışmaq da tezdir. Biz digər komandalara baxmırıq. İndi komandamız üçün ən vacib olan, oyunlara çıxıb hər görüşdə 3 xal qazanmaqdır.
2014-2016-cı illərdə AZAL klubunun formasını geyinən moldovalı oyunçu həmin dövrlə indiki durumu müqayisə etmək istəmədiyini vurğulayıb: "Çempionatları müqayisə etmək istəməzdim. Həmin vaxtda da Premyer Liqa maraqlı idi. On komandalı çempionatda maraqlı oyunlar gedirdi. İndi isə demək olar ki, kollektivlərin güclədir eynidir. Ona görə də yarış daha çətin keçir. İstər "Zirə", istərsə də, digər klublar həqiqətən güclüdürlər".
saytlarin hazirlanmasi