Tərlan Əhmədov: "Kim daha yaxşıdır, o da meydana çıxır"

23:19 - 29 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində evdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.


Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə oyun haqda danışıb:


- Əsəbi bir oyun alındı. Hər ikimandada gərginlik var idi. Fasilədə bəzi taktiki dəyişiklik etdik. Bu gün əzmkarlıq göstərib vacib 3 xal qazandıq. Hər iki komanda gözəl futbol oynadı. Bu qələbə bizə lazım idi. Oyundan oyuna daha baxımlı futbol göstərməyə çalışırıq.

 

- Bu gün futbolçularınız oyuna nə yeyib çıxmışdılar?
- Biz futbolçuları sözlə motivasiya edirik.

 

- Bu düzülüşlə ilk dəfə idi oynayırdınız?
- Həftəlik məşqlərdə kim daha yaxşıdı, o da meydana çıxır. Əfran tam hazır olsaydı, bəlkə də start heyətində yer alardı. Əsas odu ki, heyətdə rəqabət yaranır.

 

Xəbər xətti