Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"lə 0:0 hesablı heç-heçə edən "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov matçdan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis oyunu şərh edib:
"Oyuna üç xal üçün köklənmişdik. Bundan əvvəlki turda qalib gəlmişdik. Bu gün heç-heçə qeydə alındı. Belə havada gözəl futboldan danışmağa dəyməz. Futbol adına gözəllik görmədik. "Səbail" bizdən daha istəkli görünürdü. Səfərdə bir xal qazanmağın bizə xeyri olacaq. Qarşıda daha ağır oyunlar var. Həmin matçlara köklənməliyik. Məqsədimiz qələbə idi. Matçın gedişatı futbolçuları ehtiyatlı oynamağa məcbur etdi. İkinci hissədə küləyə qarşı oynayan tərəf biz olduq. Getdikcə külək gücünü artırırdı. Əks-hücumlara üstünlük vermək istədik. Fasilədən sonra müdafiədə düzgün oynadıq, rəqibə şans vermədik".
saytlarin hazirlanmasi