Tərlan Əhmədov akkreditasiya kartını namaz otağında unudub

00:33 - 10 Noyabr 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə matçın ikinci hissəsinə akkreditasiya kartı olmadan çıxıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyundan sonra bunun səbəbini açıqlayıb: "Akkreditasiya kartım ilk hissədən sonra ibadət otağında qalmışdı. Matçın ikinci hissəsində gətirib verdilər".

 

Bu mövsümdən etibarən akkreditasiya kartı taxmayan klub rəsmiləri və baş məşqçiləri AFFA İntizam Komitəsi cərimə edir.

Xəbər xətti