"Keşlə" divizion klubunu məğlub etdi

18:15 - 16 Noyabr 2019

Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilədə “Keşlə” yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında I Divizion təmsilçisi “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəlib.

 

“Keşlə”nin heyətində qolları Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.

Xəbər xətti