"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 13-cü turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədi. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki istədiyimi edə bilim".
Əhmədov Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad Sadiqov daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacam? Rəşadın meydanda olması komanda üçün böyük uğur idi".
saytlarin hazirlanmasi