"Keşlə"nin qolunda oyundakənar vəziyyət - VİDEO

17:54 - 22 Fevral 2020

Premyer Liqanın 18-ci turunda "Keşlə" "Zirə"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin ilk qolunu 20-ci dəqiqədə Şahrux Qadoyev vurub. Lakin hücumun başlanğıcında Sezar Meza Kollinin ötürməsi anında Aleşandr Kriştovao oyundankənar vəziyyətdə olsa da, bu, yan xətt hakimlərinin gözünən yayınıb və anqolalı futbolçu hücumu davam etdirib.

 

Onun ötürməsindən sonra Qadoyev hesabı açıb. Epizodun təkrarında Kriştavaonun ofsaydda olduğu aydın görünüb.

 

Qarşılaşmanı Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadası idarə edir.

 

 

 

Xəbər xətti