Tərlan Əhmədovun qələbə şərhi

20:04 - 22 Fevral 2020

Premyer Liqanın 18-ci turunda evdə “Zirə”ni 4:0 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Qələbə qazanmaq hər zaman xoşdur. İki oyundur ki, məğlub olurduq. Lakin bu gün istədiyim komandanı meydanda gördüm. Bu əzmkarlığın davamını gətirməliyik. Qarşıda bizi daha çətin matçlar gözləyir. Bu oyunu unudub, növbəti qarşılaşmalar haqqında düşünməliyik”.

Xəbər xətti