“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan (2:2) sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis nəticəni şərh edib:
"Oyunun gərgin və yaxşı olacağını hardasa təxmin etmişdim. Maraqlı qolları olan və mübarizəli futbol gördük. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Baxmayaraq ki, hesabda geri düşürdük, dönüş edə bilirdik. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Nəticə ədalətli oldu. Məğlub durumda olanda futbolçularımın geri dönüş etməsi sevindirdir. Qarşıda çətin oyunlar var. Sona doğru qısa addımlarla və səbrlə işimizi davam etdiririk. İnşallah, bəhrəsini də görərik".
saytlarin hazirlanmasi