Bu gün "Keşlə" akademiyasının 3 yetirməsi - Pənci Ağazadə, Fərid Muxtarov (hər ikisi U-19) və Sahib Həsənov (U-16) əsas komandaya cəlb olunublar.
Sportal.az xəbər verir ki, futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında əsas komanda ilə məşqlərə başlayıblar.
Tərlan Əhmədovun qərarına əsasən, gələcəkdə akademiyada oynayan və özünü yaxşı tərəfdən göstərən digər futbolçular da əsas komandanın məşlərində iştirak edəcəklər.
saytlarin hazirlanmasi