"Keşlə" klubu Nərimanov və Nizami rayon İcra Hakimiyyətləri ilə birlikdə "Siz evdə qalın, biz sizə gələk" adlı kampaniya keçirib.
Sportal.az xəbər verir ki, aprelin 9-da Nərimanov və Nizami rayonları ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.
Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər.
saytlarin hazirlanmasi