“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.
Sportal.az xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı yığmada 45 oyun keçirib.
Təcrübəli futbolçu bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da millinin tarixində rekord sayılır. Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.
33 yaşlı qapıçı 2019-cu ildən "Keşlə"nin formasını geyinir. O, bu mövsüm "qırmızılar"ın Azərbaycan Premyer Liqasında keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.
saytlarin hazirlanmasi