"Qalatasaray" Musleraya əvəzləyici tapdı

14:33 - 26 İyun 2020

Fernando Musleranın ağır zədə almasından sonra "Qalatasaray" qapıçı axtarışına çıxıb.

 

Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"nın qapıçısı Serxio Riko ilə maraqlanır. 

 

26 yaşlı qapıçı ötən mövsüm icarə əsasında PSJ-də oynayıb. O, Paris klubunda 8 oyun keçirib. Mənbənin məlumatına görə, Fransa klubu ilə yanaşı, "Sevilya" da Rikonu gələcək planlarında görmür. Bu səbəbdən ispan qapıçının "Qalatasaray"a keçəcəyi gözlənilir.

 

Rikonun əndəlüslərlə bir illik müqaviləsi mövcuddur. "Qalatasaray"ın "Göztəpə"nin portuqaliyalı qapıçısı Betu ilə də maraqlandığı bildirilir.

 

Serxio Riko "Sevilya"nın yetirməsidir. İspaniya yığmasında bir oyuna çıxan qapıçı 2018/19 mövsümünü "Fulhem"də, ötən futbol ilini isə PSJ-də keçirib.

Xəbər xətti