"Keşlə" Namaşkonun müqaviləsini uzatdı

17:44 - 4 İyul 2020

"Keşlə"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi qapıçısı Stanislav Namaşkonun müqaviləsini uzadıb. 33 yaşlı oyunçu daha bir mövsüm "qırmızılar"da çıxış edəcək.

 

Namaşko Azərbaycana qayıdaraq, yeni müqavilə bağlayıb.

 

Moldova millisinin qolkiperi ötən mövsüm keçirdiyi 22 oyunda qapısında 25 top görüb. O, 7 oyunda qapısını toxunulmaz saxlayıb.

 

"Keşlə"də Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Rəşad Əzizli, İlkin Qırtımov, Con Kamara və Miyusko Boyoviçin müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev isə kluba transfer olunublar. 

 

Xəbər xətti